• şənbə, 20 Aprel, 02:30
  • Baku Bakı 15°C

Azərbaycanlı hakim FİFA-nın birinci kateqoriyasında

30.05.18 12:00 819
Azərbaycanlı hakim FİFA-nın birinci kateqoriyasında
Əliyar Ağayev FİFA-nın birinci kateqoriyalı hakimlər qrupuna yüksəlib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Peşəkar Futbol Liqası yayıb.
Bir neçə ildir ki FİFA referisi olan, beynəlxalq oyunlara təyinat alan Əliyar Ağayev yüksək səviyyəli idarəçiliyinə görə birinci kateqoriyaya layiq görülüb.
O, müstəqillik dövründə bu pilləyə yüksələn ilk azərbaycanlı hakimdir. Əliyar Ağayev bundan sonra daha mühüm turnirlərin görüşlərinə təyinat alacaq.
banner

Oxşar Xəbərlər