• çərşənbə, 24 Aprel, 07:13
  • Baku Bakı 13°C

Azərbaycanlı güləşçi ¼ finala vəsiqə qazandı - Bakı 2015

13.06.15 11:47 984
Azərbaycanlı güləşçi ¼ finala vəsiqə qazandı - Bakı 2015
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvan yarışır.
59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
Onun növbəti mərhələdə rəqibi norveçli Stiq-Andre Berqdir.
98 kq çəkidə isə 20 yaşlı Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşəcək.
banner

Oxşar Xəbərlər