• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

Azərbaycanlı güləşçi Avropa çempionatında erməni rəqibini məğlub edib

13.04.19 18:15 1328
Azərbaycanlı güləşçi Avropa çempionatında erməni rəqibini məğlub edib
Azərbaycanın yunan-Roma güləşçisiOrxan NuriyevRumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib.
Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə qoşulub.

banner

Oxşar Xəbərlər