AZE | RUS | ENG |

Azərbaycanlı gimnast Polşada qızıl medal qazanıb

Azərbaycanlı gimnast Polşada qızıl medal qazanıb
Fevralın 8-10-da Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə "Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması keçirilib.
 
AZƏRTAC xəbər verir ki, yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.
 
O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsini tutaraq qızıl medala layiq görülüb.
Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi "Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219