AZE | RUS | ENG |

Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda bürünc medal qazanıb

Azərbaycanlı gənc ABŞ-da keçirilən gimnastika üzrə beynəlxalq yarışda bürünc medal qazanıb
29 iyul - 2 avqust tarixlərində Arizona ştatının Finiks şəhərində keçirilmiş aerobika gimnastikası üzrə beynəlxalq turnirdə həmyerlimiz Fərəh Vəliyeva AG1 kateqoriyasında (12-14 yaş) ABŞ çempionu adına layiq görülüb və topladığı balların sayına görə 15 ölkəni təmsil edən 43 iştirakçı arasında bürünc medala sahib olub.

ABŞ-nın Milli Aerobika Çempionatları Assosiasiyası (ANAC) tərəfindən təşkil olunmuş illik yarışda aerobika təmsilçiləri AeroDans kateqoriyasının fərdi, qarışıq cütlük, üçlük və qrup hərəkətlərində çıxış ediblər. 1983-cü ildən fəaliyyət göstərən Milli Aerobika Çempionatları Assosiasiyası dünya üzrə idman aerobikası və aerobik gimnastika növlərini təsis etmiş təşkilatdır. Builki turnirdə ABŞ, Kanada, Yaponiya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Hindistan, Argentina, Çin, Almaniya, Peru, Kolumbia, Venesuela, Meksika və Uruqvay təmsil olunub.

Qeyd edək ki, 13 yaşlı həmyerlimiz Fərəh Vəliyeva Aerobika gimnastikası üzrə 2016-cı il Bakı çempionatının gümüş medal mükafatçısı, 2016 və 2017-ci illərdə Azərbaycan çempionu olub, 2017-ci ildə isə Plovdiv (Bolqariya), Peç (Macarıstan) və Bakı şəhərlərində keçirilən beynəlxalq yarışların iştirakçısı və mükafatçısı, eyni zamanda 2018-ci ildə Finiksdə keçirilmiş yarışın nəticələrinə görə ABŞ çempionudur.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000