• cümə, 19 Aprel, 22:35
  • Baku Bakı 24°C

Azərbaycanlı futbolçuya “Spartak”da nə məsləhət görüblər?

15.03.18 12:15 747
Azərbaycanlı futbolçuya “Spartak”da nə məsləhət görüblər?
Moskva "Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev "Rostov”a icarəyə verilməsi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Ayaz zəif cəhəti barədə də məlumat verib. O, "Spartak”da ona verilən tapşırıq barədə də danışıb:
"Artıq birinci dövrənin sonunda 90 faiz hiss edirdim ki, getmək lazımdı. Çünki kifayət qədər oynamaq imkanı qazanmırdım. Agentim mənə dedi ki, "Rostov”dan təklif var, bu məsələyə necə baxırsan? "Çox yaxşı” dedim.
Mənim üstün cəhətlərim? Qoy bu barədə mütəxəssislər danışsın. O ki qaldı zəif cəhətimə, həddindən artıq emosionalam. Buna görə də, bəzən düzgün qərar verməkdə gecikirəm. Hələ "Spartak”da olarkən mənə məsləhət görürdülər ki, soyuqqanlı olum”.
banner

Oxşar Xəbərlər