AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanlı futbolçu Qazzayevi biabır etdi

Azərbaycanlı futbolçu Qazzayevi biabır etdi

İdman
30 Mart 2020, 15:52 782
 Kiyev "Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan kökənli Aleksandr Əliyev çalışdığı məşqçilər barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Əliyev Valeri Qazzayevin məşqlərini bəyənmədiyini bildirib. O, Qazzayevin məşqlərini "tamamilə mənasız” adlandırıb: 
 
"Ən ağır məşqlər Pavel Yakovenkoda olurdu, ən mənasız məşqlər isə Valeri Qazzayevdə. Onun nə etmək istədiyini heç cür başa düşə bilmirdim. 
 
Güman ki, bir çoxları da başa düşə bilmirdi ki, Qazzayev nə etmək istəyir. Bəli, başqaları susurdu, amma mən susmurdum. 
 
Qazzayevin bir inancı vardı, qapımıza hücum olanda, rəqib qol vurmasın deyə, tüpürürdü. Meydana çıxanda bizə heç bir göstəriş vermirdi, yalnız belə deyirdi: "Uşaqlar, sizə uğurlar arzulayıram. Bu gün bizdə mükafat filan qədərdir”. Vəssalam”.