• çərşənbə, 24 Aprel, 19:06
  • Baku Bakı 23°C

Azərbaycanlı futbolçu qaydasız döyüşlə məşğul olacaq

29.03.18 10:25 882
Azərbaycanlı futbolçu qaydasız döyüşlə məşğul olacaq
"Spartak”ın və Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov futbolçu karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Səmədov əlbəyaxa döyüş növü ilə məşğul olmağı planlaşdırır. O, qaydasız döyüşün onu cəlb etdiyini bildirib:
"Karyeramı bitirdikdən sonra qaydasız döyüşlə məşğul olacağam. İdmançı uzun illər gündəlik məşqlərdən sonra çox asanlıqla formasını itirir. Qaçış cığırına çıxmaq, müəyyən alətlərlə işləmək mənlik deyil.
Bütün bunlardan yorularam. Özümə sual vermişəm və müəyyən etmişəm ki, qaydasız döyüş məni cəlb edir. Karyeramı bitirdikdən sonra bu idman növü ilə məşğul olacağam”.
banner

Oxşar Xəbərlər