• cümə, 29 Mart, 14:21
  • Baku Bakı 14°C

Azərbaycanlı futbolçu qaydaları 200 dəfə pozubmuş

15.04.19 13:15 616
Azərbaycanlı futbolçu qaydaları 200 dəfə pozubmuş
"Spartak”ın azərbaycanlı futbolçusu Azay Quliyevə qarşı 2 inzibati iş açılıb.
Kaspi.az xəbər verir ki, bunlardan biri qırmızı işıqda hərəkətə, digəri isə cərimə ödəməkdən yayınmağa görədir. Bu işlrlə bağlı materiallar məhkəməyə göndərilib.
Ayaz 10 min rubl cərimə edilə bilər. Ancaq məhkəmə onu sürücülük hüququndan da məhrum edən qərar çıxarda bilər.
Quliyevin aprelin 10-da idarə etdiyi avtomobillə, yolu keçən piyadanı vurmağa yaxın olub. O, sonradan piyada ilə mübahisə edərək onun burnunu sındırıb. Məlum olub ki, həmin şəxs ABŞ vətəndaşıdır.
Quliyev avtomobili ötən ilin sonlarında alıb və bu müddətdə qaydaları 200 dəfə pozub. Əsas qayda pozuntuları isə sürət həddinin aşmasıdır.
banner

Oxşar Xəbərlər