Azərbaycanlı futbolçu pul ödədi, Maykl şikayətini geri götürdü
"Spartak”ın azərbaycanlı
futbolçusu Ayaz Quliyev xəsarət yetirdiyi ABŞ vətəndaşına 155 min rubl ödəyib.
Kaspi.az xəbər
verir ki, Ayaz idarə etdiyi avtomobillə, yolu qırmızı işıqda keçərkən ABŞ vətəndaşı
Maykl Koulla mübahisə etmişdi. O, həmin şəxsə xəsarət yetirmişdi.
Bu xuliqanlığına
görə, Koul Ayaz Quliyevdən polisə şikayət etmişdi. Maykl 155 min rubl aldıqdan
sonra şikayətini geri götürüb.
Ancaq Ayaz
Quliyev daha çox cərimə ödəməli olacaq. Belə ki, "Spartak” onu 5 milyon rubl cərimə
edib.