• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

Azərbaycanlı futbolçu barədə cinayət işi qaldırılıb

01.02.19 13:45 739
Azərbaycanlı futbolçu barədə cinayət işi qaldırılıb
"Lokomotiv”in və "Anji”nin sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyevin həyat yoldaşı Tatyana onu məişət zorakılığında ittiham edib.
Kaspi.az xəbər verir ki, Əliyevə qarşı 5 maddə ilə cinayət işi qaldırılıb. Onun aliment borcu 470 min rubla yüksəlib. Tatyana bildirib ki, Aleksandr onu daim təhdid edir:
"Əgər mən itsəm, bu, onun xeyrinə olacaq. Məni daim təhdid edirlər. Aleksandr məni evdən də çıxardıb. O, başımdan tutub çarpayıya vururdu.
Bir müddət əvvəl isə dedi ki, evi uşaqların adına keçirtmək istəyir. Mən də ona dedim ki, vəssalam, heç bir məhkəmə istəmirəm. Mən bir istəyim var, uşaqlarımın həyatı sakit olsun.
Ancaq o, məni növbəti dəfə aldatdı. Mən axmaq da ona növbəti dəfə inanmışdım”.
Əliyev mətbuata verdiyi açıqlamada Tatyananı evdən qovduğunu etiraf edib: "Bəli, onu evdən qovmuşam. Mənim evim uşaqlarıma məxsusdur. Qoy o, zibillikdə yaşasın. Ev isə uşaqların haqqıdır. Onları mən təmin edəcəyəm. Ona bir qəpik də verməyəcəyəm. Uşaqlar isə analarını şənbə və bazar günləri görə bilərlər”.
banner

Oxşar Xəbərlər