• cümə axşamı, 25 aprel, 04:06
  • Baku Bakı 19°C

Azərbaycanlı futbolçu “Arsenal”a qol vurdu

24.06.13 11:02 1365
Azərbaycanlı futbolçu “Arsenal”a qol vurdu
Apasport.az saytının məlumatına görə, qarşılaşma dünyanın müxtəlif ölkələrindən olan qaçqın və məcburi köçkün gənc futboçularla İngiltərənin "Arsenal" klubunun veteran futbolçuları arasında təşkil olunub.
6 min nəfərdən artıq azarkeşin izlədiyi oyun 1:1 hesabı ilə başa çatıb. “Arsenal”ın heyətində Anri Klark, dünya yığmasında isə Vurğun Həsənzadə fərqlənib. Ümumilikdə, dünya yığmasının heyətində Azərbaycanın işğal olunmuş bölgələrini təmsil edən 7 gənc və yeniyetmə futbolçu çıxış edib.
Qeyd edək ki, bu oyun dünyanın tanınmış KİV-lərinin diqqət mərkəzində olub. BBC və Sky Sport televiziya kanalları bu qarşılaşma ilə bağlı canlı reportajlar yayımlayıblar.
banner

Oxşar Xəbərlər