• çərşənbə axşamı, 19 mart, 08:05
  • Baku Bakı 8°C

Azərbaycanlı əsir və girovlarla bağlı BMT nümayəndəsinə məlumat verildi

25.09.17 12:17 793
Azərbaycanlı əsir və girovlarla bağlı BMT nümayəndəsinə məlumat verildi
Bu gün "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb. Birlikdən verilən məlumata görə, görüş zamanı E.Orucova şura tərəfindən qəbul olunmuş layihənin mahiyyətindən və layihə çərçivəsində ictimai birliyin gördüyü işlərdən bəhs edib.
O, Furio de Angelisə bu günə kimi şahid ifadələrinə əsasən 28 nəfər Ermənistandan öz əzəli torpaqlarından qovulmuş azərbaycanlı qaçqının əsirlikdə olduğunu və 1989-cu ildə baş vermiş Fərqanə hadisələri zamanı Azərbaycana pənah gətirmiş, Xocalıda yerləşdirilmiş, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən əsir və girov götürülmüş, itkin düşmüş, qaçqın hesab olunan Ahıska türklərinin də olduğunu bildirib.
E.Orucova Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində şahid ifadələrinə əsasən hələ də əsir-girovluqda saxlanılan, taleyi bu günə kimi naməlum olaraq qalan itkin düşmüş hesab olunan və qəbul olunmuş humanitar hüquq normalarına zidd olaraq zorakılığa məruz qaldıqdan sonra azad edilmiş qaçqın və məcburi köçkünlər haqqında məlumat verib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin rəhbərinə əsir, girov, itkinlərlə bağlı açıqca, təqvimlər - əyani vəsaitlər təqdim edib.
Layihə çərçivəsində qarşıya qoyulmuş məqsədə nail olmaq üçün 25 ildən bəri davam edən humanitar problemin həllinə dəstək olmaq üçün "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin səfirliklərində və beynəlxalq təşkilatların ofislərində görüşlərini davam etdirir.
banner

Oxşar Xəbərlər