• şənbə, 20 Aprel, 15:57
  • Baku Bakı 23°C

Azərbaycanlı əkiz bacılar Ebru Gündeşə jest etdilər

01.11.13 17:46 5950
Azərbaycanlı əkiz bacılar Ebru Gündeşə jest etdilər
Türkiyənin “O ses Turkiye” yarışmasında növbəti mərhələyə keçmə hüququ qazanan yeganə azərbaycanlı iştirakçılar Sevinc-Sevil (S-Twins) bacıları maraqlı addım atıblar. Lent.az-ın məlumatına görə, əkiz bacılar həmin yarışmanın münsifi Ebru Gündeşin onları komandasında görmək istəmələrinə cavab veriblər. Əkizlər bu sürprizi fərqli şəkildə etmək qərarına gəliblər. Belə ki, onlar Ebru Gündeşe jest edərək onun repertuarından olan “Kalbimin əfəndisi” mahnısını lentə aldırıblar.
Əkiz bacıların prodüseri Nigar Murad Lent.az-a bildirib ki, qızlar çoxdandır ki, bu mahnıya müraciət etmək niyyətində idilər: “Nəhayət, Ebru Gündeşin repertuarından olan mahnını lentə aldıra bildik. Mahnı artıq bu gün “Youtube” kanalına yüklənilib”.
Prodüser onu da əlavə edib ki, Türkiyəyə “O səs Türkiyə” proqramının növbəti mərhələsinə hazırlaşırlar.
banner

Oxşar Xəbərlər