• cümə, 19 Aprel, 19:47
  • Baku Bakı 24°C

Azərbaycanlı Dövlət Dumasına namizəd oldu: “Şansları yüksəkdir”

11.05.16 16:33 885
Azərbaycanlı Dövlət Dumasına namizəd oldu: “Şansları yüksəkdir”
Azərbaycanlı Ramin Qasımov Rusiya Dövlət Duması deputatlığına namizəddir. Bu barədəLent.az-a Dərbənddə yaşayan həmkarımız Telman Tahirli bildirib. Onun dediyinə görə, həmyerlimizin namizədliyi hakim "Vahid Rusiya” ("Yedinaya Rossiya”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən verilib.
"Ramin Qasımov hazırda Dərbənddə görüşlər keçirilir. Onun Dövlət Dumasının deputatı seçilmək şansı çoxdur. May ayının sonunda Vahid Rusiya partiyasının Dağıstan üzrə namizədlərinin tam siyahısı bəlli olacaq. Sentyabrın 18-də isə seçkidir. Ramin Qasımovun şansları isə yüksək dəyərləndirilir”, deyə Dərbənddəki mənbəmiz bildirib.

Ramin Qasımov 1978-ci il aprelin 4-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Hazırda Moskvada yaşayır. Dövlət Duması deputatının köməkçisidir.
Onu da qeyd edək ki, Rusiya müstəqillik qazanandan Dumada milliyyətcə azərbaycanlı deputat olmayıb.
banner

Oxşar Xəbərlər