• cümə, 19 Aprel, 12:17
  • Baku Bakı 25°C

Azərbaycanlı dünya çempionu oldu, Ərdoğan təbrik etdi

11.08.17 11:10 1477
Azərbaycanlı dünya çempionu oldu, Ərdoğan təbrik etdi
Azərbaycanlı atlet Ramil Quliyev tarixi uğura imza atıb.
Kaspi.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan həmyerlimiz Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanıb. O, 200 metr məsafəyə yarışda 20.09 saniyə nəticə göstərərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.
"Fənərbaxça” klubunun şərəfini qoruyan həmyerlimiz qardaş ölkəyə bu sahədə ilk dünya çempionluğunu qazandıraraq, tarix yazıb.
Çempionluğunu rəsmiləşdirən Ramil göz yaşlarına əngəl ola bilməyib. O, çempionluğun ardından Türkiyə ilə yanaşı, Azərbaycanın da bayrağını nümayiş etdirərək, doğma vətənini unutmadığını göstərib.
Həmyerlimizin tarixi uğuru Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın da diqqətindən yayınmayıb. Prezident rəsmi "tvitter” səhifəsində azərbaycanlı idmançını təbrik edib:
"Atletika üzrə dünya çempionatında kişilər arasında 200 metr məsafəyə yarışda qızıl medal qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi könüldən təbrik edirəm”.
Xatırladaq ki, Ramildən öncə bu məsafəyə yarışda qızıl medalı əfsanəvi atlet Useyn Bolt əldə etmişdi. Yamaykalı atlet 4 dəfə ardıcıl 200 metr məsafəyə yarışı qızıl medalla başa vurmuşdu.
banner

Oxşar Xəbərlər