AZE | RUS | ENG |

Azərbaycanlı deputatlar Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüblər

Azərbaycanlı deputatlar Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüblər
Milli Məclisin deputat qrupu Tbilisidə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua ilə görüşüb. 
 
APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdən öncə Milli Məclisin üzvləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.
 
XİN-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
 
D. Dondua bildirib ki, Gürcüstan və Azərbaycan arasında nümunəvi mehriban qonşuluq münasibətləri var. O qeyd edib ki, iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi çox önəmlidir və Azərbaycan millət vəkillərinin Gürcüstana səfəri bu əlaqələrə yeni təkan verəcək.
 
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov isə iki ölkənin strateji tərəfdaş olduğunu qeyd edərək, Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə bir-birinin mövqeyini daim dəstəklədiyini bildirib. O, nümayəndə heyətinin Gürcüstan parlamentində keçirdiyi görüşlər barədə məlumat verərək, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün təkliflərin nəzərdən keçirildiyini vurğulayıb.
 
Qeyd edək ki, Ə. Amaşovun başçılıq etdiyi deputat qrupuna millət vəkilləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov daxildir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000