• şənbə, 20 Aprel, 17:42
  • Baku Bakı 23°C

Azərbaycanlı deputatlar Bolqarıstanda bir sıra görüşlər keçiriblər

22.01.18 10:10 615
Azərbaycanlı deputatlar Bolqarıstanda bir sıra görüşlər keçiriblər
Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə bu ölkədə səfərdə olanMilli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev bir sıra görüşlər keçiriblər.
"Report”un Şərqi Avropa bürosunun məlumatına görə, deputatlar ilk olaraq Bolqarıstan Parlamentinin sədri Tseva Karayançeva və Bolqarıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə də görüşüblər.
Görüşlərdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq imkanları, enerji və mədəniyyət sahələrindəki əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin ötən həftə istifadəyə verilən Bakı-Sofiya aviareysinin iki ölkə arasında turizim əlaqələrinin inkişafına təkan verəcəyi vurğulanıb. Bolqarıstan-Azərbaycan dostluq qrupları arasında futbol və tennis yarışlarının keçirilməsi də qərara alınıb.
Bolqarıstan xarici işlər nazirinin müavini Yuri Sterk Azərbaycan Milli Məclisinin deputatları ilə görüşdə bildirib ki, "Bolqarıstan Cənub Qaz Dəhlizinin tikintisini dəstəkləyir və Azərbaycanı bu layihənin uğurla həyata keçirilməsində aparıcı amil və təminatçısı hesab edir".
Nazir müavini əlavə edib ki, hazırkı hökumətin səyləri Bolqarıstanı Balkan regionunda qazpaylama mərkəzinə çevirmək məqsədi daşıyır.
"Bolqarıstan üçün 1 milyard kubmetr Azərbaycan qazının alınması məqsədilə əldə olunan razılaşma enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımdır", - deyə o vurğulayıb.
Azərbaycan tərəfi isə görüşdə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu deyib. Bakı Slavyan və Sofiya universitetləri arasında əməkdaşlıq, azərbaycanlı tələbələrin Plovdiv Aqrar Universitetində, bolqar tələbələrin isə Azərbaycan Diplomatik Akademiyasında təqaüd proqramları ilə təhsil alması məsələləri müzakirə olunub.
banner

Oxşar Xəbərlər