• cümə axşamı, 25 aprel, 12:16
  • Baku Bakı 23°C

Azərbaycanlı deputat işdən çıxarılmasının səbəblərini açıqladı

08.05.13 11:33 1537
Azərbaycanlı deputat işdən çıxarılmasının səbəblərini açıqladı
Bir neçə gün öncə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucovun tutduğu vəzifədən azad edidiyi bəradə məlumat vermişdik. Buna səbəb kimi A.Orucova baş nazirin müavini, “Qacqınkom”un sədri ilə aralarında anlaşılmazlıq olduğu göstərilmişdi.
Məsələ ilə bağlı deputatla əlagə saxlayıb hadisənin təfərrüfatını öyrənməyə çalışdıqı. Deputat Modern.az saytına açıqlamasında qeyd etdi ki, səhhəti ilə bağlı müalicəyə ehtiyac var: “Mənim tutduğum vəzifə isə elə bir işdir ki, hər an işinin üstündə olmalısan. Həftədə bir neçə dəfə rayonlara getməlisən, işə birbaşa nəzarət etməlisən. Buna isə mənim sağlamlığım imkan vermirdi. Ona görə də öz istəyimlə işdən çixmaqla bağlı rəhbərliyə müraciət etdim. Təşəkkür edirəm ki, mənim müraciətimə müsbət cavab verildi. Burada başqa səbəb olmayıb və bu məsələ barədə yayılmış məlumatlar dogru deyil”,
banner

Oxşar Xəbərlər