• cümə, 19 Aprel, 14:48
  • Baku Bakı 25°C

Azərbaycanlı deputat ATƏT DTHİB-ni “casus şəbəkəsi” adlandırdı

27.12.13 10:40 1350
Azərbaycanlı deputat ATƏT DTHİB-ni “casus şəbəkəsi” adlandırdı
Azərbaycan parlamentində ATƏT-in Varşavada yerləşən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə əməkdaşlıqdan imtina etmək tələb olunub.
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin iclasında deputat Zahid Oruc çıxış edib. O deyib ki, ATƏT DTİHB casus şəbəkəsidir: “Bu qurum özünün QHT-lərdən ibarət casus şəbəkəsini yaradıb. Azərbaycandan onlara informatorluq edənlər var, bu barədə ciddi faktlar ortadadır. Bu gün ATƏT-in Minsk Qrupu nədirsə, Varşava bürosu da Azərbaycan üçün odur. Yaxşı heç nə vəd eləmir. Ona görə də ən yaxşı variant bizim Varşava bürosu ilə əməkdaşlıqdan imtina etməyimizdir. Bunun Azərbaycan üçün heç bir siyasi zərəri olmayacaq, əksinə, uğur əldə edəcəyik”.
banner

Oxşar Xəbərlər