• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Azərbaycanlı deputat ATƏT-də komitə sədrinin müavini seçildi

02.07.13 14:39 1276
Azərbaycanlı deputat ATƏT-də komitə sədrinin müavini seçildi
Bu gün ATƏT Parlament Assamblyesında rəhbər orqanlara keçirilən seçkilərdə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev də iştirak edib.
APA-nın xəbərinə görə, azərbaycanlı millət vəkilinin rəqibi Vahid Rusiya Partiyasının üzvü, Rusiya Federasiya Şurasının ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, general Vladimir Kulakov olub.
Gizli səsvermə nəticəsində Azay Quliyev rəqibindən çox səs toplayaraq ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin (1-ci komitənin) sədr müavini seçilib.
Bununla da Azərbaycan bu quruma üzv olandan bəri ilk dəfə olaraq ATƏT PA-nın rəhbər orqanlarında təmsilçilik hüququ əldə edib.
banner

Oxşar Xəbərlər