• şənbə, 20 Aprel, 11:10
  • Baku Bakı 14°C

Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək

02.09.17 09:10 1894
Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək
Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.
AZƏRTACParis Konqres Sarayının saytına istinadla xəbər verir ki, konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.
Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.
Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər