• cümə, 19 Aprel, 19:15
  • Baku Bakı 24°C

Azərbaycanlı BMT-nin İraq Kürdüstanındakı nümayəndəsi oldu

24.12.14 13:25 1101
Azərbaycanlı BMT-nin İraq Kürdüstanındakı nümayəndəsi oldu
BMT-nin əməkdaşı olan azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının İraq Kürdüstanındakı Regional Ofisinin rəhbəri vəzifəsinə təyin edilib.
Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlılardandır. Müvəffəqiyyətli “böhran” meneceri kimi tanınan Sultan Hacıyevin göstərdiyi xidmətlər siyahısına 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqilab və elə həmin ilin yay fəslində ölkənin cənubunda baş vermiş etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən, və Cənubi Sudan kimi ölkələrdəki müvəffəqiyyətli fəaliyyəti daxildir. Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə Baş Müşavir vəzifəsini icra edərkən ezam olunub. Məlumatda bildirilib ki, BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev Azərbaycan Respublikasının BMTİP ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığının banilərindən biridir. Bu gün də sözügedən əməkdaşlıq hökumət və beynəlxalq təşkilat arasında mövcud olan müvəffəqiyyətli qarşılıqlı əməkdaşlığın ən yaxşı nümunəsi hesab olunur.
Qeyd olunub ki, uzun müddət ərzində BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsinin, həmçinin ölkəmizin BMT-nin strateji donoru kimi mövqeləşməsinin fəal tərəfdaşlarından biridir: “Bu cür əməkdaşlığın bariz nümunələrindən biri Azərbaycan və Əfqanıstan arasındakı çoxsahəli tərəfdaşlıq münasibətləri hesab olunur ki, onların da inkişafına məhz Sultan Hacıyevin Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman mühüm töhfəsi olub. Xatırlatmaq lazımdır ki, sözügedən əməkdaşlığın təşəbbüskarı və əsas tərəfdaşları Azərbaycan Xarici İşlər Nazirliyinin yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir”.
banner

Oxşar Xəbərlər