• cümə axşamı, 18 aprel, 13:55
  • Baku Bakı 22°C

Azərbaycanlı bacılar yarımfinalda

25.06.15 16:48 2242
Azərbaycanlı bacılar yarımfinalda
Bu gün Bakı-2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarına daha 2 dəst medalın sahibi müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, kişilər rapira, qadınlar sablya növündə mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan yığması yalnız qadınların yarışında təmsil olunub. Belə ki, kişi rapiraçıların mübarizəsində qılıncoynadanlarımız iştirak etmir. 4 qadın sablyaçımız fərdi yarışlarının son günündə mükafatçılar sırasına düşməyə çalışır.
Qadınların yarışı qrup mərhələsi ilə start götürüb. 36 idmançı 6 qrupda mübarizəyə başlayıb. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyadova F qrupunda 1/16 finala vəsiqələr uğrunda mübarizə aparıb.
Öz qrupunda keçirdiyi 5 oyunun hamısında qələbə qazanan Sevinc və Səbinə 1-ci yerin sahibi kimi birbaşa 1/8 finala yüksəlib. Üç qələbə əldə edən Sevillə və Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.
Bu mərhələdə polşalı Maqdalena Pasternakı 15:4 hesabı ilə məğlub edib. Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 6:15.
1/8 finaldakı 3 təmsilçimizdən yalnız Mikina məğlubiyyətə üzülüb. O, rusiyalı Yana Obvintsevaye yenilib - 13:15.
Bünyadova bacıları isə 1/8 finalda da qarşısıalınmaz olub. Sevil rusiyalı Mariya Rideli 15:9, Sevinc isə Qarqanonu 15:7 hesabı ilə məğlub edib. Sevinc bununla həm də komanda yoldaşının qisasını alıb.
1/4 finalda Sevil yunanıstanlı Vasilki Voqioka, Sevinc isə ukraynalı Alina Komaşçuk ilə görüşüb.
Sevinc 15:11 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, saat 19:15-də başlayacaq yarımfinalda polşalı Anjelika Vatorla üz-üzə gələcək.
Sevil isə rəqibini 15:12 hesabı ilə məğlub edib. İdmançımız saat 19:00-da start götürəcək yarımfinalda fransalı Marqo Rifkisslə üz-üzə gələcək.
Lakin yarımfinalın nəticəsindən asılı olmayaraq, Bünyadova bacıları Avropa Oyunlarının mükafatını təmin edib.
banner

Oxşar Xəbərlər