• cümə, 19 Aprel, 16:55
  • Baku Bakı 25°C

Azərbaycanlı atlet “Almaz Liqa”nın qalibi oldu

08.06.18 14:40 730
Azərbaycanlı atlet “Almaz Liqa”nın qalibi oldu
Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan "Almaz Liqa”da (Diamond League) qalib olub.
Kaspi.az xəbər verir ki, Norveçin paytaxtı Osloda keçirilən budəfəki mərhələnin 200 metr qaçış kateqoriyasında Ramil 19.90 nəticə ilə çempion olub. Bu göstərici cari mövsüm Quliyevin ən yaxşı göstəricisidir.
Kanadalı Aaron Braun 19.98 nəticə ilə 2-ci, trinidad və tobaqolu Cerim Riçards 20.19 ilə 3-cü yeri tutub.
"Ümid edirdim ki, bundan daha sürətli qaçaram. Ancaq bir az ləngidim. Avropa çempionatında 200 metrə qaçacağam və məqsədim Pyetro Menneanın Avropa rekordunu (italiyalı atlet 1979-cu ildə 19.72 nəticə ilə finişə çatıb) qırmaq olacaq”, - deyə Ramil Quliyev bildirib.
Qeyd edək ki, ötən il Londonda dünya çempionu olmaqla Türkiyə atletikasının tarixinə düşmüş Ramil Quliyev bu liqanın Roma mərhələsində 3-cü yeri tutmuşdu. O, ötən il Birmingem mərhələsində 200 metr qaçışda 20.17 nəticə ilə liqanın çempionu olmuşdu.
banner

Oxşar Xəbərlər