• cümə, 19 Aprel, 06:03
  • Baku Bakı 13°C

Azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

22.07.19 09:45 15707
Azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumunun keçirilməsi” adlı layihənin icrasına başlayıb.
TUMİB-dənAZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkəmizin yenidən müstəqilliyini bərpa etdikdən sonra Türkiyə universitetlərində məzun olan Azərbaycan vətəndaşlarını Bakıda Forum çərçivəsində bir araya gətirməkdir.
Forumun panellərində qardaş ölkənin universitetlərindən məzun olan azərbaycanlılar çıxış edəcəklər. Panellərdə Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın iqtisadi, sosial həyatında yeri və rolu, onların iki ölkə arasında əlaqələrə təsir imkanları müzakirə olunacaq.
İştirak etmək istəyənlərdən mövzulara uyğun olaraq məruzələrini, sərbəst mövzularını (5-7 dəqiqə çıxış həcmində) avqustun 10-də[email protected] ünvanına göndərmələri xahiş olunur. Məqalələr kitab şəklində çap olunacaq.
QEYD: Forumda iştirak etmək istəyən Türkiyə universitetlərinin azərbaycanlı məzunları özləri haqqında məlumatları: adı, ata adı, soyadı, bitirdiyi universitetin adını və telefon nömrə[email protected]öndərmələri xahiş olunur.
banner

Oxşar Xəbərlər