• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Azərbaycanlı aktyor Avropa Çempionatında

03.10.14 19:07 1121
Azərbaycanlı aktyor Avropa Çempionatında
Azərbaycan Dövlət Musiqili Teatrının orkestr artisti Fərhad Hüseynov Estoniyanın Tallinn şəhərində keçiriləcək dama üzrə Avropa Çempionatında iştirak edəcək. Teatrdan verilən məlumata görə, oktyabrın 5-dən 15-dək keçiriləcək dama üzrə çempionatda iştirak edəcək F. Hüseynov üç ildir Dövlət Musiqili Teatrının heyətində klarnet ifaçısı olaraq çalışır və teatrın repertuarında gedən bir çox tamaşalarda yer alıb.
“Bu yarış, 2015-ci ildə keçiriləcək Beynəlxalq dama üzrə Dünya Çempionatının Avropa seçmə mərhələsidir. Yeddiliyə düşmək və Dünya Çempionatına vəsiqə qazanmaq üçün bütün gücümü səfərbər edəcəyəm. Vətənə uğurla qayıdacağıma ümid edirəm”, deyə F. Hüseynov çempionat öncəsi fikirlərini bölüşüb.
Qeyd edək ki, Fərhad Hüseynov idman həyatına 20 il öncə, 12 yaşında başlayıb. Bu illər ərzində həm yerli, həm də beynəlxalq miqyasda uğurlara imza atıb. İlk qələbəsini 1996-cı ildə, 14 yaşında Bakıda keçirilən dama (şaşki) üzrə Azərbaycan çempionatında qazanıb. Bundan başqa, o, Polşa, İngiltərə, Fransa, Sloveniya, Çexiya, Çin, Almaniya, Ukrayna, Monqolustan, Rusiya, Niderland və digər ölkələrdə birincilik qazanıb.
banner

Oxşar Xəbərlər