• cümə, 29 Mart, 10:22
  • Baku Bakı 5°C

Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu və İşgüzar Şura yaradıla bilər

08.01.21 12:37 429
Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupu və İşgüzar Şura yaradıla bilər
Azərbaycan və Ukrayna Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasını təklif olunub.
İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, bu təşəbbüslə nazir Mikayıl Cabbarov Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ilə görüşü zamanı çıxış edib.
Nazir bildirib ki, iqtisadi əməkdaşlığın inkişafı üçün ölkələr arasında böyük potensial mövcuddur.

İki ölkə arasında iqtisadi əlaqələrdən danışan M. Cabbarov bildirib ki, 2019-cu ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri və ötən ilin yanvarında keçirilən Azərbaycan ilə Ukrayna arasında İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı əldə edilən razılaşmalar iqtisadi sahədə fəallığı daha da artırıb.
Öz növbəsində səfir V. Kanevski iqtisadi-ticarət əlaqələrinin inkişafı barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanla bir sıra istiqamətlərdə, o cümlədən özəlləşdirmə sahəsində tərəfdaşlıqda, işğaldan azad edilən ərazilərin bərpası üzrə həyata keçiriləcək layihələrdə Ukrayna şirkətlərinin iştirakında maraqlı olduğunu diqqətə çatdırıb.

banner

Oxşar Xəbərlər