• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır

29.10.17 18:19 1309
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır
Hazırda Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi üzrə müzakirələr aparılır.
İqtisadiyyat NazirliyindənAPA-ya verilən məlumata görə, bunu Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumunda iqtisadiyyat naziriŞahin Mustafayevbildirib.
Ş. Mustafayev nəzərə çatdırıb ki, Azərbaycanda Türkiyə sərmayələri əsasında 3 mindən çox, Türkiyədə isə Azərbaycan investisiyalı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 11,7 mlrd. ABŞ dolları, Azərbaycanın Türkiyəyə investisiyaları isə 10,1 mlrd. ABŞ dollarıdır. Diqqətə çatdırılıb ki, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Ş. Mustafayev birgə səylərin iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirəcəyini və xalqlarımızın rifahına töhfə verəcəyini bildirib.
banner

Oxşar Xəbərlər