• çərşənbə, 24 Aprel, 20:25
  • Baku Bakı 23°C

Azərbaycanla oyunda Rusiya nəyə hazır olmalıdır?

12.09.13 10:36 1236
Azərbaycanla oyunda Rusiya nəyə hazır olmalıdır?
Azerisport.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan rusiyalı mütəxəssis şimal qonşumuzun taleyinə Bakıda aydınlıq gələcəyini bildirib:
“Əmin ola bilərsiniz ki, Azərbaycan sonadək mübarizə aparacaq və layiqli müqavimət göstərəcək. Bax buna görə də, Rusiya millisi buna hazır olmalıdı. Ümumiyyətlə, mən çoxdan deyirəm ki, Fabio Kapellonun komandasının taleyi Bakıdakı oyunda həll olunacaq. Meydan sahibləri bu görüşə yaxşı köklənəcəklər, güclü mübarizə aparacaqlar. Bu, keçmiş SSRİ komandaları arasındakı oyunlarda baş verir. Azərbaycan millisi hazırlıqlıdı. Azarkeşlərinin emosional dəstəyindən çox asılıdı. Stadionun tribunaları ağzınadək dolacaq. Dəstək o qədər güclü olacaq ki, qonaqlar çətinliklə üzləşəcəklər. Azərbaycan yığması müdafiədə çox yaxşı təsir bağışlayır. Bu ölkədə yaxşı hücumçular isə həmişə olub”.
banner

Oxşar Xəbərlər