• cümə axşamı, 28 mart, 16:06
  • Baku Bakı 16°C

“Azərbaycanla oyunda heç-heçəni ağlımızdan belə keçirmirik“

03.09.14 17:36 1135
“Azərbaycanla oyunda heç-heçəni ağlımızdan belə keçirmirik“
"Ümid edirəm ki, seçmə mərhələyə qələbəyə ilə başlayıb, qələbə ilə də bitirəcəyik. Azərbaycan millisi uzun ötürmələrə üstünlük verir. Rəqibi qiymətləndirməsək, məqsədimizə nail olmayacağıq. Dünya səviyyəli komanda deyilik və bu səbəbdən rəqibi qiymətləndirməyə bilmərik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının müdafiəçisi Nikolay Bodurov ölkəsinin mətbuatına açıqlamasında deyib.
"Avro-2016"nın seçmə mərhələsinin ilk matçında millimizlə qarşılaşacaq Bolqarıstan yığmasının 28 yaşlı futbolçusu Bakıdakı görüşdə heç-heçə haqda düşünmədiklərini bildirib:
"Qrupda ilk iki pillədən birini tuta bilərik. Ötən seçmə mərhələdə İtaliya ilə qarşılaşmışdıq və öz gücümüzə inanırıq. Azərbaycanla oyunda qələbə qazanmağa çalışacağıq. Heç-heçəni ağlımızdan belə keçirmirik".
Qeyd edək ki, sentyabrın 9-da, 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər