• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

“Azərbaycanla münasibətlərin inkişafına möhkəm əsas var” - NATO

11.04.14 09:36 1169
“Azərbaycanla münasibətlərin inkişafına möhkəm əsas var” - NATO
Azərbaycan “Sülh naminə əməkdaşlıq” proqramının ən fəal üzvü olub. NATO Azərbaycanla birgə sülh və təhlükəsizlik məsələlərinə dair 80-dan çox layihə həyata keçirir.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında NATO baş katibinin müavini Soran Dukaru deyib.
O bildirib ki, bu gün NATO Azərbaycanla sülh, təhlükəsizlik və enerji təhlükəsizliyi, habelə terrorçuluq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir: “NATO-Azərbaycan münasibətlərinin dinamik inkişafı üçün bu gün kifayət qədər möhkəm əsas mövcuddur”.
banner

Oxşar Xəbərlər