• çərşənbə, 24 Aprel, 19:44
  • Baku Bakı 23°C

“Azərbaycanla müdafiə sahəsində mükəmməl əlaqələrimiz var”

27.03.18 11:50 1393
“Azərbaycanla müdafiə sahəsində mükəmməl əlaqələrimiz var”
İsrailin Azərbaycandakı səfiri Dan Stavın APA-ya müsahibəsi
- İsrailin Azərbaycandakı səfiri olduğunuz müddətdə iki ölkə arasında əlaqələr necə inkişaf edib?
- Azərbaycanın müstəqillik qazandığı gündən qurulan siyasi əlaqələr çox mükəmməl olub. Hazırda əsas məsələ yaxşı işlər görmək və ehtiyac olan sahələrdə da münasib əlaqələr qurmaqdır. Əgər Azərbaycan neft və qazın qiymətlərinin düşməsi ilə əlaqədar çağırışlarla üzləşirsə və öz iqtisadiyyatını diversifikasiya etmək istəyirsə, İsrail əlbəttə ki, buna uyğun əlaqələr qurmağa hazırdır. Həqiqətən hesab edirəm ki, mənim burada səfir olduğum müddətdə səfirliyin əsas hədəf aldığı sahə sivil bağların gücləndirilməsi və əlaqələri daha çox inkişaf etdirə biləcəyimiz sahələri aşkara çıxarmaq olub. Buraya turizm sahəsinin inkişafı da daxildir. Çünki bildiyimiz kimi, turizm sahəsi Azərbaycan prezidentiİlham Əliyevin administrasiyasının hədəf aldığı əsas sahələrdən biridir. Hesab edirəm ki, kənd təsərrüfatı sahəsində Azərbaycanın böyük potensialı var. Azərbaycanda 9 iqlim qurşağının olduğu deyilir. Sizin ölkəniz münbit torpaqlara, keyfiyyətli su resurslarına malikdir. Hazırda əsas ideya Azərbaycanın bu sahədə potensialının artırılması istiqamətində necə əlaqələr qurmağımızı aşkar etməkdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın yaxınlığında çox yaxşı bazarlar mövcuddur. Yəni İsrail texnologiyası və investisiya hər iki tərəf üçün faydalı və münasib ola bilər.
- Sizin səfir kimi fəaliyyət göstərdiyiniz dövr İsrailin baş naziriBenyamin Netanyahunun ilk dəfə baş nazir kimi Azərbaycana səfəri ilə tarixə düşdü. Əlaqələr bu səfərdən sonra necə inkişaf etdi?
- Bu səfər prezidentİlham Əliyevvə baş nazirBenyamin Netanyahuarasında yüksək səviyyəli görüşülərin pik nöqtəsi idi. Çünki demək olar ki, onlar hər il Davos Forumu və digər platformalarda görüşürlər.Baş nazir Azərbaycana 20 ildən sonra - 2016-cı il dekabrın 13-də səfər etdi. Bu səfər həm də ona görə tarixi idi ki, o real gündəliklə səfər etmişdi və hər iki lider müəyyən gündəlik üzrə razılığa gəldilər.Daha əvvəl də dediyim kimi, əsas məsələ sivil bağlar üzərində qurulmuş əlaqələri daha da gücləndirməkdir. Bu baxımdan iki ölkə lideri birgə hökumətlərarası komissiyanın qurulması barədə qərar verdilər. Qərara alındı ki, komissiyanın iclası bir il İsraildə və bir il Azərbaycanda olmaqla, hər il keçirilsin və hər iki ölkənin nə istədiyi və gözləntilərin nə olması barədə müzakirələr aparılsın. Hesab edirəm ki, bu, böyük irəliləyişdir. Çünki ona kimi biz deyə bilirdik ki, bəli, bizim əlaqələrimiz çox yaxşıdır, İsrail şirkətləri Azərbaycanda fəaliyyət göstərir və Azərbaycan enerji şirkətləri İsraildə aktiv olub. Lakin iqtisadi sahədə hərtərəfli əlaqə qurmaq üçün strukturlu səylər yox idi. Hər zaman dediyim kimi, dünya iqtisadiyyatındakı dəyişikliklər və enerji sahəsindəki çağırışlar səbəbi ilə bu dəyişikliklər yeni reallıq yaradır və bu komissiya çox vacib alətdir. Onun iclası bu il mayın ortalarında İsraildə keçiriləcək və iki ölkə arasında əlaqələrə ciddi töhfə verəcək.
- Yüksək səviyyəli səfərdən sonra cavab səfərinin edilməsi tendensiyaya çevrilib. Azərbaycan prezidentinin də İsrailə səfəri ilə bağlı hansısa ideya varmı?
- Hesab edirəm ki, münasibətlərimizin hazırki səviyyəsi çox sıxdır və strateji xarakter daşıyır. Buraya və ya oraya səfər əlbəttə ki, alqışlanır. Əgər prezidentİlham Əliyevİsrailə səfər etməyi arzu edərsə, bu, bizim tərəfdən alqışlanar. Dövlət başçısının səfərini təşkil etmək bizim üçün qürurvericidir. Lakin hazırda mən hər hansı belə bir planın olmasından xəbərdar deyiləm.
- Bilirik ki, İsraildə yüksək texnologiyalar çox inkişaf edib. Ölkənizin bu sahədə əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməsi ilə bağlı hansısa addımlar atılırmı?
- Hesab edirəm ki, bu da iki ölkə arasında əməkdaşlıq üçün çox vacib sahədir. İsraildə və Azərbaycanda gənc nəsli yeni ideyalarla dolu və çox enerjilidir. Əsas məsələ onlar üçün imkanların və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bu ideyaların ölkənin rifahı və iqtisadiyyatın çiçəklənməsində istifadəsi üçün əlverişli mühit yaradılmasıdır. İsraildə startaplar yüksək səviyyədədir.İsraildə innovasiya sadəcə, ideyalarla başlayıb. Biz İsraildə mövcud olan sahibkarların fəaliyyətini təşviq edən, onların mükəmməl ideyalarını kommersial ideyalara çevirən müxtlif inkubatorlarla irəlilıyiririk. Hətta bəzi İsrail firmaları startaplarla başlayıb, lakin milyard dollarlara satılıb. Mən bunun Azırbaycanda baş verməməsi üçün heç bir səbəb görmürəm. İsrail mükəmməl ideya və beyinlə bağlı monopoliyaya malik deyil və mən əminəm ki, Azərbycanda da həm kişilər, həm qadınlar arasında mükəmməl ideyalara sahib insanlar var. İsrailli sahibkar Tal Katran Azərbaycana səfər ettmişdi və o, "Azərbaycan Gənclərinin Nailiyyəti” adlı QHT tərəfindən təşkil olunmuş seminara qatılmışdı. Mən orada iştirakçıları gördüm. Orada iştirak edən kişilər və qadınların sayının eyni olmasından çox təsirləndim və təəccübləndim. Əslində belə də olmalıdır. Mən hesab edirəm ki, bu, bizim əməkdaşlıq edə biləcəyimi sahələrdən biridir. Biz hazırda əməkdaşlıq edirik və bu əlaqələri genişləndirə bilərik. Biz hər zaman ölkənin gücü, sənaye, minerallar barədə danışırıq. Lakin mən hesab edirəm ki, ölkənin malik olduğu ən böyük resurs insan beynidir. Əgər ölkədə beyin varsa, 10 milyona yaxın əhalisi olan ölkənin bu imkandan maksimum istifadə etməmək lüksü yoxdur. Onlara əlverişli mühit ver və onlar səni irəli aparacaq. Mən burada gənc insanların imkanlarından çox təsirləndim. Hesab edirəm ki, bizim bu istiqamətdə əsas rolumuz bu sahədə nələr etdiyimizə dair bilgiləri bölşmək, onları olduğu kimi köçürmək deyil, İsraildə olan nailiyyətlərə oxsar nailliyətlər əldə edilməsi üçün onları Azərbayana uyğunlaşdırılmaqdır. İnnovasiya və sahibkarlıq, düşünürəm ki, hər kəs üçün çox vacibdir. Mənim etmək istədiyim İsrailin müxtəlif nailiyyətlərini öyrənmək istəyən istənilən dövlət orqanı ilə əlaqələr yaratmaqdır. Bu, hər sahədə - tibb və ya təhil sahələrində ola bilər. Mən çox şadam ki, Azərbaycanda bu sahəyə böyük maraq var. Düşünürəm ki, İsrailin bu sahədə güclü olduğunu anlayaraq nəyin mümkün olduğunu və nəyin lazım olduğunu müəyyənləşdirmək istəyi bu istiqamətdə güclü başlanğıcdır.
- Bildiyiniz kimi, Azərbaycan energetika səhəsində nəhəng layihələr həyata keçirir və bu layihələr Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. İsrailin də bu layihələrə qoşulması sahəsində müəyyən ideyalar var. Bu istiqamətdə hansısa addımlar atılırmı?
- Sizin də qeyd etdiyiniz kimi, Cənub Qaz Dəhlizi,TANAP, TAP kimi layihələr dünya səviyyəsində vacib layihələrdir. Onlar Avropada enerji təhlükəsizliyini təmin edir.Avropa İttifaqıbeynəlxalq ictimaiyyətinsiyasi sisteminin vacib hissəsidir. Həqiqətən də təzəlikcə qaz yataqları aşkar etmiş və onun bir hissəsini Avropa bazarına çıxarmaq istəyən bir ölkə üçün Avropa bazarı müxtəlif səbəblərə görə vacib bazardır. Hesab edirəm ki, Avropa bazarı stabil, qiymətlərlə bağlı xoşagəlməz sürprizləri olmayan və müqavilələrə sadiq qalan bazar kimi qəbul edilib. Mən anlayıram ki, Azərbaycan bu qaz dəhlizi vasitəsilə Avropaya köçürüləcək qazın həcmini artırmaq üçün daha çox qaz ixrac edən ölkələr aşkar etmək istiqamətində səylər göstərir. İsrailin də bunu etməyə marağı var. Hazırda bununla bağlı bir sıra düşüncələr mövcuddur. Deməliyəm ki, buraya gəldiyim ilk günlərdə bu məsələ ilə bağlı böyük maraq hiss edirəm. Həmçinin, İsrailin də Avropa bazarına çıxması üçünTANAP-a qoşulması, yaxud Azərbaycan və Türkiyə ilə İsrail qazının Türkiyəyə göndərilməsi və Azərbaycan qazının da Avropaya ötürülməsi ilə bağlı əvəzləmə razılaşması imzalana bilər. Bütün bu modellər müzakirə oluna bilər.Azərbaycandan və İsraildən olan qərarverici şəxslərin bir araya gətirilməsi və əməkdaşlıq üçün daha yaxşı mexanizmlərin aşkar edilməsi də bizim prioritetlərimiz sırasındadır. Beləliklə,TANAPvə CQD yalnız bir sahədir. İsraildə mövcud olan 67 ofşor qaz yataqlarından 25-i üzrə işlər aparılır. Biz Azərbaycan investisiyasının onların çıxarılması və istehsalına cəlb olunmasında çox maraqlıyıq. Bu, bizim iqtisadiyyatımız üçün çox vacibdir və əməkdaşlıq edə biləcəyimiz sahələrdən biridir. Bununla yanaşı, Azərbaycanın enerji resurslarını necə idarə etməklə bağlı böyük təcrübəsi var. Dövlət Neft Fondu bunun üçün mükəmməl modeldir. Biz fonddan bu təcrübəni öyrənə bilərik. Siz enerji sahəsi ilə bağlı böyük akademik bilgilərə sahibsiniz ki, bu da bizim üçün əlverişlidir. Biz də Azərbaycandan da çox şey öyrənə bilərik. Bu isə iki ölkə arasında əlaqələri çox balanslı və dayanıqlı edir.
- İki ölkə arasında müdafiə sahəsində güclü əlaqələr mövcuddur. İsrail tərəfi bu sahə haqqında çox az danışır. Bu sahədə əlaqələrin dərinləşməsi istiqamətində hansısa planlar varmı?
- Bizim siyasətimiz var və düşünürük ki, bu, çox aydındır. Bu siyasətə əsasən İsrail müdafiə sahəsi ilə bağlı məsələləri açıq detalları ilə müzakirə etmir. Bu, Azərbaycan və ya başqa ölkə ilə də bağlı ola bilər. Mən bunu müzakirə edəcək mövqedə deyiləm. Deyə biləcəyim odur ki, müdafiə sahəsində mükəmməl əlaqələrimiz mövcuddur. Bu, davam edəcək və biz anlayırıq ki, bu sahə əlaqələrimizin vacib hissələrindən biridir.
- Yəhudi xalqı ilə azərbaycanlılar arasında mükəmməl əlaqələr mövcuddur. Bu dəyərlərin gələcək nəsillərə daşınması üçün hansı addımlar atılır?
- Azərbaycan yəhudilərinin İsrailə miqrasya etməsi iki ölkə arasında insanlararası münasibətlərin vacib hissələrindən, bağlarından biridir. Çünki buradan köçən yahudilər cəmiyyətin bir hissəsinə çevrilib. Onların əksəriyyəti sonradan doğulduqları ölkəyə səfər edir və onun necə olduğuna baxır, uşaqlarına göstərirlər.Hesab edirəm ki, haradan gəldiyini unutmamaq ənənəsi gələcək nəsillərə də ötürüləcək. Çünki yəhudilərin Azərbaycandan İsrailə miqrasiya etmək barədə qərarı antisemitizm, həyatları üçün təhlükənin olması və ya təqiblə bağlı deyildi. Onlar sadəcə, əcdadlarının torpaqlarında yəhudi qardaşları ilə birgə yaşamağa qərar vermişdilər. Onlar Azərbaycanı tərk edəndə ürəklərinin bir hissəsi Azərbaycanda qaldı. Onların əksəriyyəti İsraildə uğur qazandılar, zamanlarının nəzərəçarpan hissəsini Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına yönəltdilər. Bizim Azərbaycan Tibb Universiteti ilə mükəmməl əlaqələrimiz mövcuddur. Bunun təşəbbüskarı isə doktor Aleks Qeftlerdir. O, fizikdir və İsrailin cənubundandır. Bakıda doğulub. O, bunu kommersiya maraqları üçün etmir, hər hansı yardım və ya bonus almır, sadəcə deyir ki, mən İsraildə çox uğurlu oldum, indi isə qzandığım uğurları qardaş Azərbaycanla bölüşmək istəyirəm. Bu, yalnız bir misaldır. Birincisi, onlar haradan gəlmələri ilə fəxr edirlər. İkincisi, onlar əlaqələrin inkişafının vacibliyini anlayırlar, Azərbaycanı İsraildə təmsil edirlər. Dostluq həqiqətən çox unikal dəyərlər üzərində qurulub. Deyirlər, Bibliyada göstərilir ki, yəhudilər Xəzər dənizi sahilində yaşayıblar. Xəzər orada Kaspia kimi göstərilib. Bu, eramızdan əvvəl 5-ci əsrə təsadüf edir. Söhbət 2 min 500 il əvvəldən gedir. Mən alim deyiləm və bunu deyəcək mövqedə deyiləm, lakin əgər söhbət Xəzər dənizindən gedirsə, bu, valehedicidir.AZİZ - İsrail Azərbaycan Dostluq Assosiasiyası İsraildə çox aktivdir. Onlar Azərbaycan, onun ənənələri, irsi ilə bağlı informasiyalar yayır. Onlar İsraildən jurnalist qruplarını Azərbaycana gətirir və ölkəni onlara göstərirlər. Buna əlavə olaraq deyim ki, ötən ilin oktyabrından bu yana turizm sahəsində inqilab olub. Burada doğulub-doğlumamasından asılı olmayaraq, çoxlu sayda israilli Azərbaycana gəlir. Onların hamısı buradan çox məmnundurlar, insanların istiqanlılığını və dostcanlığını bəyənirlər. Bütün bunlar insanlararası münasibətləri gücləndirir.İsrailin bəzi bələdiyyələri ilə Azərbaycan şəhərləri arasında qardaşlaşmış şəhərlərə dair anlaşmalar imzalanır və bunların təşəbbüskarı İsraildə bələdiyyə səviyyəsində aktiv olan, Azərbaycanda doğulmuş yəhudilərdir. Bu da çox vacibdir. Bu yaxınlarda, martın 7-də İsmayıllı ilə Kiryat Biyalik şəhərləri arasında qardaşlamış şəhərlərə dair razılaşma imzalandı. Bu razılaşmaların ideyası həqiqətən bələdiyyə səviyyəsində davamlı əməkdaşlıq qurmaqdır.
- Qeyd etdiyiniz kimi, Azərbaycandan olan yəhudilər İsraildə aktivdirlər, hətta səfirlik kimin fəaliyyət göstərirlər. Lakin Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur. Bu sahədə hazırda hansısa müzakirələr gedirmi?
- Bu məsələnin müzakirələrə ehtiyacı yoxdur. Əgər Azərbaycan İsraildə səfirlik açmaq barədə qərar verərsə, heç kəs buna etiraz etməz.İsrailin Azərbaycandakı səfirliyi böyük gündəliyə malik ola bilər. Buraya iqtisadi əməkdaşlıq, turizmin təşviqi, İsrailin bir sıra sahələrdəki biliklərinə yiyələnmək daxildir. Əgər səfirlik açılarsa, sizi əmin edirəm ki, səfir böyük gündəliyə malik olar. Mən Azərbaycandakı rəsmi şəxslərə nəyin onlar üçün yaxşı ola biləcəyini deyəcək mövqedə deyiləm. Lakin deyə bilərəm ki, səfirlik barədə qərar olarsa, bizim tərəfdən çox alqışlanacaq.
- İsrailDağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı nə düşünür?
- Böyük enerji və ölkənin inkişafına yönəldilə biləcək büdcənin cəlb olunmasını tələb edən münaqişələrə baxmayaraq, hər iki ölkə iqtisadiyyatın inkişafı və cəmiyyətin çiçəklənməsi sahəsində çox uğurlu işlər görüb. Biz də, siz də, həlli uzanan münaqişələrə baxmayaraq, bunu etmişik. Hesab edirəm ki, hamı bu münaqişənin sülh yolu ilə həllinin hər kəs üçün arzuolunan olduğunu anlayır.Mən Azərbaycan prezidentiİlham Əliyevin münaqişənin sülh yolu ilə həllinə dair qərarlılığını təqdirəlayiq hesab edirəm. Kənarda dayanmaq və məsləhət vermək çox asandır. Mən düşünmürəm ki, bu məsələ ilə bağlı konkret məsələhətlər vermək mümkündür. Hesab edirəm ki, müəyyən prinsiplərə əməl olunmalıdır. Hər şeydən əvvəl öz təcrübəmizə əsaslanaraq demək istəyirəm ki, sülh yolu ilə həll arzuolunandır. Bizim bütün qonşularımızla müharibəmiz olub. Lakin biz və digər tərəf sülh yolu ilə həllə maraq göstərdikdə, uğurlu oldu. Biz qonşularımız Misir və İordaniya ilə sülh müqaviləsi imzaladıq. Hesab edirəm ki, ərazidə vəziyyəti stabilləşdirmək çox vacibdir. Bu, təhlükənin səviyyəsini azaldır və imkan verir ki, ölkənin inkişafına daha çox resurs yönəldilsin. Əsas da qonşu ölkələrlə münqişələri sonlandırmaq arzuolunandır. Biz bunu birbaşa kontaktlarla, danışıqlar üçün əlverişli mühit yaradan üçüncü ölkələrin köməyi ilə etdik. Burada görürük ki, Azərbaycan və Ermənistan Minsk qrupunun səylərini dəstəkləyir. Biz də Minsk qrupunun səylərini dəstəkləyirik, çünki bu, hər iki tərəf üçün qəbul olunmuş formatdır.Bilirəm ki, bu istiqamətdə bir sıra danışıqlar aparılır. Biz 2016-cı ildə prezidentlərin iki görüşünü və ötən il keçirilən sammiti təqdirəlayiq hesab edirik. Ümid edirik ki, bu, dönüş nöqtəsinə gətirib çıxaracaq. Ümid edirəm ki, xüsusilə seçkilərdən sonra davam edəcək danışıqlar münaqişənin həqiqətən həll olunmasına şans yaradacaq. Azərbaycan bu istimətdə haqlıdır ki, bu münaqişənin həllində hər bir tərəf qazanacaq. Yenə də deyirəm, mən o mövqedə deyiləm ki, Azərbaycan və Ermənistana diktə edim ki, nizamlanma necə olmalıdır. Mən yalnız ümid edirəm və bu, mənim ölkəmin mövqeyidir ki, biz Minsk qrupunun münaqişənin həllinə gətirib çıxaracaq səylərini dəstəkləyirik. Biz nəticə verəcək və hər iki tərəf üşün uyğun olacaq danışıqları və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.
- ABŞ prezidenti Donald Trampın ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürüləcəyi ilə bağlı qərarı dünyada ajiotaj yaratdı və əksər dünya ölkələri tərəfindən dəstəklənmədi. İsrailin bu məsələ və İsrail-Fələstin münaqişəsiilə bağlı düşüncəsi necədir? "İki dövlət” prinsipinin iflasa uğradığını demək mümkündürmü?
- ABŞ prezidenti Donld Trampın səfirliyi Tel-Əvivdən Yerrusəlimə köçürməklə bağlı qərarı çox təqdirəlayiqdir. Bu, yeni reallıq yaratmır.Reallıq budur ki, Yerusəlim İsrailin paytaxtıdır. Dünyanın böyük bir hissəsi bunu qəbul etsə və ya etməsə də, dünyanın böyük bir hissəsinin səbəbi siyasi məqsədəuyğunluq və ya başqa səbəb olsa da, bu, Yerusəlimin İsrailin paytaxtı olması faktını kölgə altına almır. Yerusəlim islamdan əvvəl də, xristianlıqdan əvvəl də bizim paytaxtımız olub. Biz hər zaman Yerusəlimi geri qaytarmağa və onu paytaxtımız etməyə çalışmışıq. Düşünürəm ki, Donald Trampın qərarı çaşqınlığa səbəb olub. Lakin o, Yerusəlimin sərhədləri barədə danışmayıb, münaqişənin yekun həlli ilə bağlı danışıqlara dair nəsə deməyib. Əgər Fələstin İsraillə münaqişənin real həllini, üzbəüz danışqlar və münaqişənin yekun həllini istəyirsə, buna nail olunacaq. Bizim baş nazir 2007-ci ildə etdiyi məşhur çıxışında dediyi kimi, İsrail "iki dövlət” nizamlanmasını dəstəkləyir. Fələstin tərəfi isə "iki dövlət” nizamlanmasını qəbul etmək üşün istəksizlik nümayiş etirir. Məsələ onun strukturunu qəbul etməmək deyil, onun arxasında duran səbəbdir. Əgər biz "iki dövlət” nizamlanması deyiriksə, onun əsas mahiyyəti iki xalqın olmasıdır. Əsas faciə odur ki, İsrail-Fələstin münaqişəsiərazi, Yerusəlimin statusu, daxili məcburi köçkünlərin hüquqları ilə bağlı deyil. Bu, Fələstin və ərəb ölkələrinin yəhudiləri bir xalq kimi qəbul etməklə bağlı uzun müddətdir davam edən istəksizliyidir. Onlar qəbul etmək istəmirlər ki, yəhudi xalqının öz müqəddəratını təyin etmək hüququ var. Bu, münaqişənin kökündə duran əsas səbəbdir. Beynlxalq ictimaiyyətin Fələstini "iki dövlət” nizamlanmasının əsas mahiyyətinin İsrail və Fələstin adlanan 2 süni strukturun qurulması deyil, bu iki strukturun bir tərəfdən fələstinlilərin, digər tərəfdən yəhudilərin öz müqəddəratını təyin etmə istəyinin reallaşdırılması olduğunu anlamağa məcbur etməməsi təəssüf doğurur. Buna baxdıqda görürük ki, isətənilən siyasi həllin kökündə siyasi kompromis durur və İsrail Fələstini dövlət olaraq qəbul edərək bu kompromisi edir, lakin Fələstin buna istəksizdir. Əminik ki, buna nail olunacaq və və "iki dövlət” nizmalanması əsas nizamlanma yolu olaraq qalacaq.
- Regionda olan digər bir münaqişə isəSuriyaböhranıdır. Bu məsələnin həlli ilə bağlı bir sıra səylər edilir.Suriyailə sərhədi olan bir ölkə kimi İsrail bu səylər barədə nə düşünür?
- Bu dəhşətli qırğın geniş mənada dünya ictimaiyyəti tərəfindən nəzərə alınmır. Mən humanitar baxımdan nəzərdə tuturam. Milyonlarla insan öldürülüb, yaralanıb, milyonlarla qaçqın var. Beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları praktik olaraq, onların müdafiəsi üçün heç nə etmir. Lakin eyni zamanda deməliyəm ki, bizim bu münaqişəyə müdaxilə etmək istəyimiz yoxdur. Nə qədər ki, bu münaqişə həll olunur və nə qədər ki, siyasi həllSuriyaxalqı tərəfindən qəbul olunur, bizimSuriyaməsələsinə daxil olmaq niyyətimiz yoxdur. Lakin bildiyiniz kimi, İsrail şimaldaSuriyailə həmsərhəddir. İranSuriyadan İsrailə qarşı təcavüz məqsədilə istifadə etməyə çalışır vəİraq,Suriyavə Liviya vasitəsilə onların etibarlı təşkilatı olan "Hizbullah”a aparan dəhliz qurmaq istəyir. "Hizbullah” isə bu gün də İsrailə iki cəbhədən hücum etmək istəyir. Bizim mövqeyimiz bundan ibarətdir ki,Suriyada İranın hərbi mövcudluğu qəbuledilməzdir. Hesab edirəm ki, biz bunu çox açıq bəyan etmişik. Həmçinin Colan yüksəkliklərinə istənilən atəş bizə özünümüdafiə haqqını verəcək, bu isəBMTNizamnaməsinin 51-ci maddəsində göstərilib. Biz bu cür özünümüdafiəni belə hal baş verdikdə hər zaman etmişik.
- Türkiyə ilə əlaqələrə dair nə deyə bilərsiniz, bu istiqamətdə hansısa irəliləyiş varmı?
- Türkiyə regionda vacib ölkədir. Siyasi əlaqələrimizdə bəzi enmə və qalxmalara baxmayaraq, istər energetika, istərsə də iqtisadi sahədə olsun, əlaqələrimiz digər sahələrdə yaxşı inkişaf edib. Ümid edirəm ki, əlaqələr inkişaf edəcək. İsrail bütün qonşuları ilə yaxşı əlaqələr saxlamaqda maraqlıdır. Türkiyə də bizim geniş mənada qonşularımıza daxildir.
banner

Oxşar Xəbərlər