• çərşənbə axşamı, 16 aprel, 09:55
  • Baku Bakı 14°C

Azərbaycanla İran arasında Anlaşma Memorandumu təsdiq edilib

23.04.18 21:28 579
Azərbaycanla İran arasında Anlaşma Memorandumu təsdiq edilib
Prezidentİlham ƏliyevAzərbaycanEnergetika Nazirliyiilə İranın Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, anlaşma Memorandumu qüvvəyə mindikdən sonra AzərbaycanEnergetika Nazirliyivə Azərbaycan Dövlət Neft Şirkətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər NazirliyiAnlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, Anlaşma Memorandumu 2018-ci il martın 28-də Bakıda imzalanıb.
banner

Oxşar Xəbərlər