• cümə axşamı, 28 mart, 19:11
  • Baku Bakı 13°C

Azərbaycanla Gürcüstanı birləşdirəcək yeni magistral yol salınacaq

30.08.16 19:16 913
Azərbaycanla Gürcüstanı birləşdirəcək yeni magistral yol salınacaq
Gürcüstanda bir neçə yeni magistral yolun tikintisi planlaşdırılır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili kiçik və orta biznes nümayəndələri ilə görüşdə bildirib. Baş nazir 4 il ərzində tikintisi planlaşdırılan infrastruktur layihələrindən danışıb. Onun sözlərinə görə, Tiflis-Laqodexi yolunun tikintisi ilə Azərbaycan və Gürcüstanı birləşdirəcək yeni magistral yol istifadəyə veriləcək.

Baş nazir bildirib ki, 4 il ərzində Sarpi gömrük məntəqəsindən Qırmızı körpü və Sadaxlı istiqamətinə, eləcə də Gürcüstanın şərqlə qərbini birləşdirəcək magistral avtomobil yolunun tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, Mtsxetadan Vladikavkaz istiqamətinə də yeni avtomobil yolunun inşası nəzərdə tutulur.

Baş nazir əlavə edib ki, 4 il ərzində Gürcüstanın Kutaisi şəhərindən başlayaraq Tsaqeri və Lentexi bölgəsində tunellər salmaqla Mulaxiyədək yeni bir magistral yolun çəkilməsi də planlaşdırılıb.
banner

Oxşar Xəbərlər