Azərbaycanla Gürcüstan fövqəladə hallar zamanı əməkdaşlıq edəcək

Azərbaycanla Gürcüstan fövqəladə hallar zamanı əməkdaşlıq edəcək

Təfsilat
01 Avqust 2013, 13:33 872
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün Tiflisdə K. Heydərov və Gürcüstanın daxili işlər naziri İraklii Qaribaşvili arasında görüş olub.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. «Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair Saziş» imzalanıb.

Azərbaycan nümayəndə heyəti Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Mərkəzinə (112) də səfər edib, “112 zəng xidməti”nə baxış keçirib.