AZE | RUS | ENG |

Azərbaycanla Gürcüstan birgə döyüş təyyarələri istehsal edə bilər

Azərbaycanla Gürcüstan birgə döyüş təyyarələri istehsal edə bilər
Gürcüstan Azərbaycanı döyüş təyyarələrinin birgə istehsalı layihəsinə dəvət edib.


Hərbi mənbələrdən eksklüziv olaraq APA-ya verilən məlumata görə, Gürcüstan Tiflis Aviasiya Zavodunda (TAM - Tbilisi Aerospace Manufacturing Company) Su-25 təyyarələrinin modernləşdirilmiş versiyalarının istehsalını həyata keçirməyi planlaşdırır. Rəsmi Tiflis layihənin maliyyələşdirilməsi və birgə istehsalın qurulması üçün Azərbaycana müraciət edib. Azərbaycanın hərbi dairələri təklifi müsbət qarşılasalar da, son qərarı hökumət verəcək. Layihə reallaşarsa, təyyarələrin müəyyən hissələri Azərbaycanın hərbi zavodlarında istehsal edilə bilər. Rəsmi məlumatlara görə, Azərbaycan 2002-2003-ci illərdə Gürcüstandan bu ölkədə istehsal edilmiş 13 ədəd Su-25 (12 ədəd Su-25 və 1 ədəd Su-25 UB) tipli hücum təyyarəsi alıb. Bu təyyarələr TAM zavodunda İsrailin «Elbit Systems» şirkəti ilə həyata keçirilən proqramı çərçivəsində istehsal olunub. Müasirləşmədən sonra təyyarə Su-25 «Skorpion» adını alıb. Gürcüstan istehsalı olan döyüş təyyarələrinin sınaqları Azərbaycan pilotlarının iştirakı ilə Azərbaycanda keçirilir. Gürcüstan son 10 ildə Azərbaycanla yanaşı, Konqoya da Su-25 təyyarələri satıb, Türkmənistan Hərbi Hava Qüvvələrinin Su-25 tipli təyyarələrinin təmirini həyata keçirib. TAM zavodu tərəfindən indiyədək 900-dək Su-25 istehsal edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775