• şənbə, 20 Aprel, 08:42
  • Baku Bakı 14°C

Azərbaycanla Ermənistan arasında narazılıqları aradan qaldırmaq vaxtıdır

03.06.13 08:47 1784
Azərbaycanla Ermənistan arasında narazılıqları aradan qaldırmaq vaxtıdır
“Fransa ATƏT-in Minsk Qrupun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll yollarını axtarmaqda maraqlıdır”.
APA-nın məlumatına görə, bu barədə Bakı Gələcək Forumunda iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Fransa Azərbaycanla xarici işlər nazirləri səviyyəsində ikitərəfli əlaqələri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edir: “Biz düşünürük ki, tərəflər arasında mövcud olan narazılıqları aradan qaldırılmaq vaxtı çatıb. Düşünürəm ki, bəzi düşüncə mərkəzləri regionun gələcəyi üçün nə etmək lazım olduğu barədə fikirləşməlidir. Hər iki ölkənin parlaq gələcəyi barədə düşünməsi vacibdir. Və buna görə də, bu cür tədbirlərdə qəbul olunacaq və Azərbaycanla Ermənistan hökumətlərinə və eyni zamanda ATƏT-in Minsk Qrupuna təqdim olunan bu cür hesabatlar münaqişənin həllinə müsbət təsir göstərəcək”.
banner

Oxşar Xəbərlər