AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi - Erməni analitik

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi - Erməni analitik

Təfsilat
27 Oktyabr 2020, 12:00 193
Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi.
 
Trend-in məlumatına görə, bunu ABŞ-ın "Stratfor” analitika şirkətinin analitiki, erməni əsilli jurnalist Onnik Krikoryan öz "Twitter” səhifəsində yazıb.
 
Onun sözlərinə, bütün beynəlxalq icmalçılar Nikol Paşinyanın uğursuzluğa düçar olduğunu hesab edir: "Bunu yalnız mən belə hesab etmirəm. Bu, millətçiliyi özünə sərf edərkən istismar edən populist siyasətçinin böyük səhvi olub”.

Jurnalist, həmçinin bildirib ki, son zamanlar fikirlərinə görə onun ünvanına təhdidlər səslənir.