• çərşənbə, 24 Aprel, 20:56
  • Baku Bakı 23°C

Azərbaycanla Cənubi Koreya hərbi əməkdaşlıq Memorandumu imzaladı

03.12.13 09:44 1308
Azərbaycanla Cənubi Koreya hərbi əməkdaşlıq Memorandumu imzaladı
Azərbaycan və Cənubi Koreyanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
APA-nın Cənubi Koreyanın «Yonhap» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə nazirləri Zakir Həsənov və Kim Kuan-jinin (Kim Kwan-jin) görüşündə Azərbaycan və Cənubi Koreya arasında hərbi əlaqələr və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Üç günlük səfər çərçivəsində Z. Həsənov Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri və Müdafiə Satınalmaları İdarəsinin (DAAP) direktoru ilə görüşəcək.
banner

Oxşar Xəbərlər