Azərbaycanla birgə müəssisələr yaratmaqda maraqlıyıq
Çexiya Azərbaycanla birgə müəssisələrin yaradılmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Çexiyanın sənaye və ticarət naziri Marta Novakova Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.
Çexiyalı nazirin sözlərinə görə, ölkə sahibkarları üçün Azərbaycanın əczaçılıq və neft-kimya sənayesi daha çox maraq doğurur.