• cümə, 19 Aprel, 07:33
  • Baku Bakı 13°C

Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq müzakirə olunacaq

21.08.18 22:30 513
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq müzakirə olunacaq
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti "Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər