• cümə axşamı, 28 mart, 23:07
  • Baku Bakı 13°C

Azərbaycanla ATƏT arasında Anlaşma Memorandumu imzalanıb

25.09.14 11:49 1103
Azərbaycanla ATƏT arasında Anlaşma Memorandumu imzalanıb
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. Tərəflər ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinin ofisi və ofis tərəfindən təqdim olunmuş layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu” imzalanıb.
banner

Oxşar Xəbərlər