• cümə, 19 Aprel, 15:36
  • Baku Bakı 25°C

Azərbaycanla AİB arasında 250 mln. dollarlıq kredit müqaviləsi imzalanıb

25.06.18 12:25 495
Azərbaycanla AİB arasında 250 mln. dollarlıq kredit müqaviləsi imzalanıb
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) "Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” üzrə 250 mln. dollarlıq kredit müqaviləsi imzalayıb.

"APA-Economics” AİB-in yayadığı məlumata istinadən xəbər verir ki, müqaviləni iyunun 8-də maliyyə naziriSamir Şərifovvə AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov imzalayıb.

Proqramın əsas məqsədi dövlət sektorunda idarəetmənin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını təmin etməkdən ibarətdir. Proqramın həyata keçirilməsi ölkədə vergi-büdcə planlamasının təkmilləşdirilməsinə yardım edəcək.

Qeyd edək ki, AİB-in Direktorlar Şurası 2017-ci ilin dekabrında "Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 250 mln. dollar kreditin ayrılmasını təsdiq edib.
banner

Oxşar Xəbərlər