• cümə, 19 Aprel, 04:59
  • Baku Bakı 18°C

“Azərbaycanın özü bir sivilizasiya alyansıdır” - İspaniyanın keçmiş baş naziri

26.04.16 14:25 2101
“Azərbaycanın özü bir sivilizasiya alyansıdır” - İspaniyanın keçmiş baş naziri
“Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır”.

APA-nın məlumatına görə, bunu İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizmə qarşı platforma və tərəfdaşlıq" adlı panel müzakirəsində deyib.
O, 2005-ci ildə Sivilizasiya Alyansının yaranmasına təşəbbüs göstərdiyini deyib: “XXI əsrdə müxtəlifliklərin səbəbi din və mədəniyyətlər arasında fərqliliklərdir. Birlik üçün BMT adı altında birləşmək lazımdır. Bütün dünyaya sülh ismarıcının carşısı olmalıyıq. Terrorizmdə din adından istifadə edilir, halbuki din sülh və zorakılığa qarşı əməkdaşlığa çağırır".
Fransanın keçmiş baş naziri və xarici içlər naziri Dominik de Vilpen isə bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam anlamır: "Bu son 10 ildə düşdüyümüz böyük tələdir. Bizim zorakı ekstremizmə cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini görürük, getdikcə coğrafiyası genişlənir. Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli sürdüyü İpək yolu təşəbbüsünü ən gözəl layihə hesab edirəm. Məhz iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi, infrastrukturun buralarda qurulması bu problemlərin həllinə yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər ən yaxşı yoldur. Digər həll yolu isə güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada islahatlar aparmaq lazımdır. Müstəqil sülhyaradıcı qüvvələri olmalıdır".
BMT-nin terror əleyhinə direktoratlığının icraçı direktoru Jan Pol Laborde isə bildirib ki, zorakı ekstremizmlə mübarizənin bir neçə yolu var: "BMT Təhlükəsizlik Şurası müəyyən uğurlar qazanan sənədlər qəbul edib. Lakin Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun. Gənclər artıq gələcək üçün deyil, indiki zaman üçün işləməlidirlər. Digər məsələ isə ondan ibarətdir ki, biz vətəndaş cəmiyyətləri ilə işləməliyik. Bunu BMT TŞ-də görmək çox vacibdir. Həmçinin özəl müəssisələrlə işləməliyik. Əlimizdə olan kanallardan istifadə etməliyik".
banner

Oxşar Xəbərlər