• cümə axşamı, 25 aprel, 02:02
  • Baku Bakı 19°C

Azərbaycanın özəlləşdirmədən gəlirləri 7 faiz azalıb

28.05.16 18:33 1137
Azərbaycanın özəlləşdirmədən gəlirləri 7 faiz azalıb
Azərbaycanda2015-ci ildə dövlət büdcəsi kəsirininmaliyyələşdirilməsi mənbələrindən biri kimi 29 mln. manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar faktiki olaraq24,089 mln. manat məbləğində icra edilib ki, nəticədə büdcəyə bu maddə üzrənəzərdə tutulduğundan 16,9% az vəsait daxil olub.
"Report" xəbər verir ki, bu barədəHesablama PalatasınınAzərbaycanın2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatarəyində qeyd olunub.
Ötən ilözəlləşdirmədən daxilolmalar 2014-cü ilin icrasından 25,2%, 2013-cü ilin icrasından isə31,7% az olub.
2015-ci ildə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından (2,788 mln. manat)və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından(3,188 mln. manat)daxilolmaların nəzərdə tutulduğundan az icra edilməsiilə əlaqədar olub.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Hesablama Palatasına təqdim olunmuş məlumatlara əsasən, özəlləşdirmədən daxilolmalar üzrə vaxtı çatmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq 2015-ci il yanvarın 1-nə 2,218 mln. manat, cari il yanvarın 1-nə isə 2,069 min manat təşkil edib və illik 6,76% olub.
Özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə, yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2015-ci il ərzində ödənilən dividendlər 40 min manat təşkil edib.
banner

Oxşar Xəbərlər