• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,8 mlrd. dollarlıq müsbət saldo yaranıb

11.08.17 18:05 1277
Azərbaycanın xarici ticarət əməliyyatlarında 1,8 mlrd. dollarlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 10 mlrd. 522 mln. 054,35 min ABŞ dolları təşkil edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 6,93% azdır.

Bu ilin yeddi ayı ərzində idxal əməliyyatları 4 mlrd. 369 mln. 692,31 min dollar olub ki, bu da 2016-cı ilin 7 ayı ilə müqayisədə 8,17% azdır.

Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 6 mlrd. 152 mln. 362,04 min dollar olub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6,03% azalıb.

Nəticədə 1 mlrd. 782 mln. 669,73 min dollar məbləğində müsbət saldo yaranıb.
banner

Oxşar Xəbərlər