• şənbə, 20 Aprel, 11:08
  • Baku Bakı 14°C

Azərbaycanın xarici işlər və müdafiə nazirləri amerikalı həmkarları ilə görüşüblər

12.07.18 17:18 519
Azərbaycanın xarici işlər və müdafiə nazirləri amerikalı həmkarları ilə görüşüblər
NATO-nun Brüsseldə keçirilən zirvə toplantısı çərçivəsində xarici işlər naziriElmar Məmmədyarovvə müdafiə naziriZakir HəsənovAmerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattis ilə görüşüblər.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel, Milli Təhlükəsizlik Şurasında baş direktor Fiona Hill, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov vəNATOyanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov iştirak edib.

Tərəflər Azərbaycan və ABŞ arasında tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. NazirElmar MəmmədyarovNATO-nun Brüssel sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təkrar ifadə olunan dəstəyin vacibliyini diqqətə çatdırıb.

Söhbət əsnasında regional məsələlərə dair fikir mübadiləsi aparılıb və ABŞ tərəfiNATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyasına və terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

E. Məmmədyarov həmkarına 11 iyul tarixindəATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Brüsseldə Ermənistan xarici işlər naziri ilə görüşü barədə məlumat verib.

Xarici işlər naziriElmar Məmmədyarovvə müdafiə naziriZakir HəsənovABŞ-dan olan həmkarlarını Azərbaycana səfərə dəvət ediblər və onlar dəvəti məmnuniyyətlə qəbul ediblər.
banner

Oxşar Xəbərlər