• cümə, 29 Mart, 05:14
  • Baku Bakı 7°C

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səsvermə başa çatıb

27.09.16 15:12 813
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səsvermə başa çatıb
Bu gün Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı mumxalq səsverməsinə çıxarılmış referendum aktı layihəsi üzrə Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində səsvermə tam başa çatıb.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bilidrib.

M. Pənahov deyib ki, Azərbaycandan kənarda səs verənlərin sayı ümumulikdə çox cüzidir: "Sabah xaricdə səs verənlərlə bağlı da konkret məqamları qeyd etmək mümkün olacaq”.

Qeyd edək ki, Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılıb.
banner

Oxşar Xəbərlər