AZE | RUS | ENG |

Azərbaycanın və Türkiyənin diaspor nümayəndələri Kopenhagendə aksiya keçiriblər

Azərbaycanın və Türkiyənin diaspor nümayəndələri Kopenhagendə aksiya keçiriblər
Azərbaycanın və Türkiyənin Danimarkadakı diaspor təşkilatlarının nümayəndələri Türkiyənin bu ölkədəki səfirliyinə edilən hücuma etiraz olaraq diplomatik nümayəndəliyin binasının önündə aksiya keçiriblər.
 
Aksiyada Danimarkada fəaliyyət göstərən "Vətən” Cəmiyyətinin və müxtəlif türkdilli xalqların diaspor təşkilatlarının üzvləri, habelə KİV nümayəndələri iştirak ediblər.
Baş vermiş hücumu pisləyən aksiya iştirakçıları Danimarka və türk dillərində etiraz mətni oxuyublar.
 
Avropalı Türk Demokratlar Birliyinin rəhbəri Fatih Alev deyib ki, bu, təkcə bir binaya qarşı deyil, türklərə qarşı hücumdur. Bunu edənlər cəzalandırılmalıdırlar.
"Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi bu hücumun yolverilməz olduğunu söyləyib, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.
 
Xatırladaq ki, martın 18-dən 19-na keçən gecə Kopenhagendə Türkiyənin səfirliyinin binasına naməlum şəxslər tərəfindən hücum olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binaya zərər dəyib. Danimarka polisi hadisə ilə bağlı araşdırma aparır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6952
GBP 1 İngilis funt sterlinqi 2.2343
TRY 1 Türk lirəsi 0.3567
KWD 1 Küveyt dinarı 5.6106
SEK 1 İsveç kronu 0.1921
EUR 1 Avro 1.9947
CHF 1 İsveçrə frankı 1.7152
USD 1 ABŞ dolları 1.7000